Rusiyada bir gündə 176 nəfər koronavirusdan ölüb

26-06-2020, 13:15
Oxunub: 2488
Ölkədə virusdan ölənlərin sayı isə daha 176 nəfər artaraq 8981-ə yüksəlib


Rusiyada son sutkada daha 6800 nəfərə COVID-19 diaqnozu qoyulub.

Report xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 620794 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 176 nəfər artaraq 8981-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 384 152 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 813 nəfər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti