Türkiyədə güclü zəlzələ baş verib

26-06-2020, 12:41
Oxunub: 5238
Yeraltı təkanlar yerli vaxtla saat 10:21-də qeydə alınıb


Türkiyənin Manisa vilayətinin Saruhanlı bölgəsində 5,5 bal gücündə zəlzələ baş verib.

Report xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 10:21-də qeydə alınıb.

Zəlzələnin episetri Manisa şəhərinin Saruhanlı rayonunda 9,29 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar İzmir, Bursa və digər ətraf bölgələrdə də hiss edilib.

Dağıntı və itkilər barədə məlumat verilmir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti