Hindistanda ildırım vurmasından 110 insan ölüb

26-06-2020, 12:04
Oxunub: 4809
Hindistanın Bihar ştatında ildırım vurması nəticəsində ölənlərin sayının 83 nəfərə çatdığı deyilmişdi


Hindistanın Bihar və Uttar Pradeş ştatlarında son iki gündə ildırım vurması nəticəsində 110 nəfər dünyasını dəyişib.

Report “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakərlərə qarşı Mübarizə Departamentindən bildirilib.

Daha əvvəl Hindistanın Bihar ştatında ildırım vurması nəticəsində ölənlərin sayının 83 nəfərə çatdığı deyilmişdi. 

Öz növbəsində Uttar Pradeş ştatının səlahiyyətliləri 3 nəfərin çərşənbə günü, 24 nəfərin isə cümə axşamı ildırım vurmasından öldüyünü açıqlayıb. Biharda 20, Uttar Pradeşdə 12 nəfər olmaqla ümumilikdə 32 nəfər ildırım vurması nəticəsində yaralanıb. Onların hamısı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hindistanın Baş naziri Narendra Modi “Twitter” hesabında başverənlərlə bağlı yazaraq ölənlərin ailəsinə və yaxınlarına başsağlığı verib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti