Azərbaycanın Gürcüstana qaz və neft ixracı azalıb

24-06-2020, 15:29
Oxunub: 1571
İllik müqayisədə məhsulların həcmində 11,50 min ton və yaxud 14,8% azalma olub


Bu ilin ilk beş ayı ərzində Gürcüstan Azərbaycandan 144,7 mln ABŞ dolları dəyərində 877,2 mln kubmetr təbii qaz idxal edib.

Bu barədə Report-un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycandan qonşu ölkəyə təbii qazın ixrac həcmi 47,8 min kubmetr və ya 5,1% azalıb.

Yanvar-may aylarında Gürcüstan Azərbaycandan 17,5 mln ABŞ dolları dəyərində 65,8 min ton neft və neft məhsulları tədarük edib. İllik müqayisədə məhsulların həcmində 11,50 min ton və yaxud 14,8% azalma olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti