Trampın mətbuat katibinin müavini Ağ Evdən gedir

23-06-2020, 22:45
Oxunub: 1255
Bu barədə ABŞ lideri özünün "Twitter"dəki səhifəsində bildirib


Ağ Evin mətbuat xidmətinin rəhbərinin müavini Hoqan Qidley vəzifəsini tərk edəcək. 

Report xəbər verir ki, bu barədə ABŞ lideri özünün "Twitter"dəki səhifəsində bildirib.

Tramp qeyd edib ki, Hoqan Qidley 2020-ci ilin seçkilərində onun yenidən prezident seçilməsi üzrə kampaniyanın mətbuat katibi olacaq.

"Hoqan Qidley 1 iyulda Ağ Evi tərk edəcək və milli mətbuat katibi olaraq mənim kampaniyamın (seçkiqabağı) tərkibinə keçəcək", - o yazıb.

"Biz seçkiləri udmalıyıq!" - Tramp əlavə edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti