“Bloomberg”: Çin iqtisadiyyatında resessiya başlayıb

23-06-2020, 16:49
Oxunub: 1164
Çin iqtisadiyyatının artımı yolunda başlıca maneə dünya bazarında tələbatın kəskin azalmasıdır


Çin iqtisadiyyatı resessiyaya qədəm qoyub.

Report “Bloomberg”ə istinadən xəbər verir ki, “China Beige Book İnternational” tərəfindən hazırlanan hesabata görə, ölkənin ÜDM-i ikinci rübdə 6,8 faiz azalıb ki, bu da resessiya əlaməti sayılır.

Çin iqtisadiyyatının artımı yolunda başlıca maneə dünya bazarında tələbatın kəskin azalmasıdır.

Həmçinin birinci rübə nisbətən sənaye şirkətlərinin mənfəəti, kapital məsrəfləri, pərakəndə satışlar kimi mühüm göstəricilərin cüzi artım göstərdikləri bildirilir.

Qeyd edək ki, yeni koronavirus pandemiyası ilə bağlı Çin hökuməti bu il ÜDM-in artım hədəfini qoymayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti