Qazaxıstanda təbii qaz hasilatı 7% artıb

23-06-2020, 22:20
Oxunub: 1835
Bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 7,2% çoxdur


Qazaxıstanda 2020-ci ilin yanvar-may aylarında maye və ya qaz halında təbii qaz hasilatı 24,8 milyard kubmetrə çatıb.

Report “Energyprom.kz” portalına istinadən xəbər verir ki, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 7,2% çoxdur.

Bu həcmin 40,3%-i və ya 10 milyard kubmetri qaz halında təbii qazın payına düşürsə, hasilatın 59,7%-i və ya 14,8 milyard kubmetri neft səmt qazından alınıb.

Qazaxıstan 2020-ci ilin yanvar-aprel aylarında 6,3 milyard kubmetr təbii qaz ixrac edib, ixracın həcmində illik azalma 34,9% təşkil edib. Qazaxıstan təbii qazının əsas idxalatçısı Çin olub: bu ölkəyə 566,1 milyon ABŞ dolları məbləğində 2,7 milyard kubmetr qaz ixrac edilib. MDB ölkələrinə isə 101,5 milyon ABŞ dolları dəyərində 2,1 milyard kubmetr təbii qaz ixrac edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti