Türkiyədə COVID-19-dan ölənlərin sayı 5 mini ötdü

23-06-2020, 22:15
Oxunub: 3906
Son sutkada ölkədə təhlükəli infeksiyaya 1260-dan çox yeni yoluxma aşkarlanıb


Bu gün Türkiyədə koronavirusdan 27 nəfər ölüb.

Report xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5001 nəfərə çatıb. 

Nazirin sözlərinə görə, son sutkada ölkədə təhlükəli infeksiyaya 1260-dan çox yeni yoluxma aşkarlanıb.

“Bu gün 1268 yoluxma aşkarlandı, yoluxmaların ümumi sayı 190165 nəfərdir. Bu gün biz 27 pasiyent itirdik. Ölənlərin ümumi sayı 5001 nəfərdir. Bu gün 1315 nəfər sağaldı, ümumi sağalma 162848 nəfərdir”, - deyə Fahrettin Koca özünün “Twitter”dəki səhifəsində yazıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 9,2 milyonu ötüb. Bunların 4,9 milyondan çoxu sağalıb, 474 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti