Meksikada güclü zəlzələ baş verib

23-06-2020, 20:49
Oxunub: 1321
Yeraltı təkanlar paytaxt Mexiko şəhərində də hiss olunub


Meksikada 7,3 maqnitudalı zəlzələ baş verib.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ ocağı 12 km dərinlikdə yerləşib. Zəlzələnin episentri isə təxminən 260 min insanın yaşadığı Oaxaka de Xuares şəhərindən (Oaxaka ştatı) 131 km cənub-şərqdə yerləşib.

“Reuters” xəbər verir ki, yeraltı təkanlar paytaxt Mexiko şəhərində də hiss olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti