Çin-Hindistan-Rusiya zirvəsi keçiriləcək

23-06-2020, 16:03
Oxunub: 3802
"Görüşdən əvvəl xarici işlər nazirləri səviyyəsində də görüş keçiriləcək"


“Böyük iyirmilik” (G20) ölkələrinin qarşıdakı zirvə görüşü zamanı Çin, Hindistan və Rusiyanın dövlət başçılarının ayrıca görüşü keçiriləcək.

Report “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çin tərəfinin təşəbbüsü ilə keçiriləcək görüşdən əvvəl xarici işlər nazirləri səviyyəsində də görüş keçiriləcəyini bildirib.

Xatırladaq ki, 2019-cu ilin 28 iyun tarixində Osakada keçirilən G20 zirvə görüşü zamanı Çinin dövlət başçısı Si Cinpin, Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi arasında ayrıca görüş keçirilmişdi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti