"Azərişıq" ötən ilin maliyyə nəticələrini açıqlayıb

22-06-2020, 20:22
Oxunub: 2229
Bu il yanvarın 1-nə "Azərişığ"ın aktivləri 2 320,6 milyon manat olub


"Azərişıq" ASC 2019-cu ili 54,9 milyon manat xalis zərərlə başa vurub. Halbuki qurum 2018-ci ildən 12,9 milyon manat xalis mənfəətlə çıxmışdı.

Report xəbər verir ki, ötən il "Azərişığ"ın elektrik enerjisinin satışından gəlirləri 1 232,4 milyon manat (əvvəlki ilə nisbətən 2,3% çox), satışının maya dəyəri 1 134,3 milyon manat (3,4% çox), paylama xərcləri 47 milyon manat (9,1% çox), inzibati xərcləri 62,1 milyon manat (21,6% çox), ticari debitor borcları üzrə dəyərsizləşmə zərəri 15,6 milyon manat (32,4% çox), sair xərcləri 6,7 milyon manat (49,3% az), sair gəlirləri 102 min manat (99,8% az), xalis maliyyə xərcləri 19,8 milyon manat (3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,8 milyon manat (89,5% az) təşkil edib.

Bu il yanvarın 1-nə "Azərişığ"ın aktivləri 2 320,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,7% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri təxminən 5% artaraq 0,7 milyon manata, balans kapitalı isə 3,1% artaraq 1 620,8 milyon manata çatıb.

Xatırladaq ki, "Azərişıq" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 678,7 milyon manatdır. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti