Niderlandda koronavirusla bağlı vəziyyət yaxşılaşır

22-06-2020, 17:18
Oxunub: 1875
Niderlandda son sutkada 69 yeni yoluxma faktı aşkarlanıb


Niderlandda ötən sutkada koronavirusdan ölüm hadisəsi qeydə alınmayıb.

Report xəbər verir ki, bu barədə məlumatı Milli Səhiyyə Qurumu yayıb.

Niderlandda son sutkada 69 yeni yoluxma faktı aşkarlanıb.

Beləliklə, ölkədə indiyədək 49 658 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 6 090 nəfər pandemiyanın qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 9 milyonu ötüb. Bunların 4,8 milyondan çoxu sağalıb, 471 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti