"Rezidentura imtahanları avqustda olacaq"

20-06-2020, 14:58
Oxunub: 2622
"Real vəziyyəti dəyərləndirib dəqiq vaxt deyiləcək"


Rezidenturaya ərizə verənlərin sayı 1000 nəfərdən yuxarıdır.

Report xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

Onun sözlərinə görə, onlar hamısı Bakıda imtahan verməlidir:

“Bakıda olan imtahanları avqust ayına daxil edəcəyik. Amma avqusta qədər çox vaxt var. Real vəziyyəti dəyərləndirib dəqiq vaxt deyiləcək. Avqustda rezidentura imtahanları olacaq. Heç bir problem olmayacaq”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti