Əli Həsənovla Müstəqim Məmmədovu nə bağlayır?

18-06-2020, 14:32
Oxunub: 3194
"KXCP-nin Bərdə rayonu təşkilatının üzvü Müstəqim Məmmədovu niyə müdafiəyə etsin?"


Tərtər rayonunun keçmiş icra başçısı, Qarabağ müharibəsi zamanı Tərtər Özünümüdafiə Batalyonunun komandanı olmuş Sərdar Həmidovun oğlu, Etatist.com internet qəzetinin təsisçisi Şəhriyar Məcidzadə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun əlaqələrinin olduğu və bu əlaqələrin hələ də davam etdiyi ilə bağlı yazı yazıb.

Yazıya keçməmişdən əvvəl qeyd edək ki, Şəhriyar Məcidzadənin sədri olduğu Milli Fikir Mərkəzi Ə.Həsənovun bu təşkilata hücumlarından sonra fəaliyyətini dayandırdı. DAHA ƏTRAFLI.

İndi isə Şəhriyar Məcidzadənin öz "Facebook" səhifəsində yazdığı yazını olduğu kimi təqdim edirik:

- Əli Həsənovla Müstəqim Məmmədovu nə bağlayır?

Prezidentin qəbul etmədən azad etdiyi keçmiş köməkçisi Əli Həsənovun media sektorunu nə günə saldığını hamı bilir. Mətbuatda icra başçılarının, "jek" mudirlərinin müdafiəsi üçün mirzələr hazırlanması, kiçik saytlarla hörmət sahibi olan adamların əleyhinə kampaniya aparılması, sonra bunu "ciddi" sübutlar kimi yuxarılara təqdim etmək təcrübəsi məhz Əli Həsənovun media sektoruna rəhbərlik etdiyi dövrlərdə vüsət almışdı.

May ayının 20-də Tərtər Rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov mənim üstümə reket dəstələri göndərir. İctimailəşdirirəm. Səhəri gün Tərtərdəki evimizin faktiki ərazisinə (evin hasarlanmış ərazisi) ailəmin yaşadığı evin hasarını zədələyib, evimizin ərazisinə əlibaltalı quldur dəstələri girir. Mülkiyyət toxunulmazlığım pozulur, yenidən ictimailəşdirirəm və mənim atam Sərdar Həmidov, 60 il bundan əvvəl vəfat etmiş babam Kolanı Məcidin ünvanına şər, böhtanla dolu yazı yayımlanır. Yazını şərh etməyəcəm, o sizin və aidiyyatı qurumların işidir. Araşdırmağa başayıram və nələr üzə çıxır. Buyurun, tanış olun.
1. Yazının yayımlandığı azsiam.info saytının rəhbəri Şahin Əhmədovdur. Məndə olan məlumata görə KXCP-nin Bərdə rayon Təşkilatının Ali Məclisinin üzvüdür. Doğrudur, Mirmahmud Mirəlioğlu?
2. Həmin bu Şahin Əhmədov isə Əli Həsənovun köməkçisi, ən yaxın adamlarından biri, ictimai siyasi şöbənin tərkibində mediayla bağlı sektor müdiri Vüqar Əliyevlə həmyerlidir, yaxın əlaqələri var. Hazırda Prezident Administrasiyasında işləməyə və öz işiylə məşğul olmamağa davam edir.
3. Həmin bu Vüqar Əliyev isə Günəşlidə, hətta Əli Həsənovla qonşuluqda yaşayır.

Bu qədər çox təsadüf? Nəyisə əskik yazmışam? Deməli, köhnə ənənə, icra başçılarının qanunsuzluqlarının ört-basdır edilməsi, rayonlarda narazı insanların çoxalması işi davam etdirilir. Və məhz bunun nəticəsində 8 il media sektorunda olmağıma baxmayaraq, tanımadığım Şahin Əhmədovun saytında mənim ünvanıma, atamın və babamın ünvanına şər böhtan yazılır.

Bu nədir? Dövlət içində yapılanma?

KXCP-nin Bərdə rayonu təşkilatının üzvü Müstəqim Məmmədovu niyə müdafiəyə etsin? Müstəqim Məmmədov həmin partiyaya keçəcək? Ya yeni siyasi situasiyaya hazırlıqdır bu? Vüqar Əliyevlə yaxın olduğu deyilən bir adam müxalifət partiyasında nə işi? Əli Həsənovla Müstəqim Məmmədovu nə birləşdirir? Və bütün bu əlaqələr nəyə xidmət etməlidir? Motiv nədir?

Altdan-altdan kiçik saytların maliyyələşməsi davam edir. Altdan-altdan icra hakimiyyətləri ilə əlaqələr davam edir. Gizli sövdələşmələr, quldur dəstələrinə himayədarlıq, dövlətin imicinin üstünə komplolar hazırlanmağa davam edir! Əminəm ki, istəsələr Azərbaycan hüquq mühafizə orqanları daha çox fakt tapa bilərlər. Məndən paylaşmaq...

Həmin yazını rəydə paylaşıram. Yazıda qeyd edilib ki, Məqalədə adları çəkilmiş şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Bu mənim mövqeyimdir, Şahin Əhmədov, çap edə bilərsiniz!

İnanıram ki, bu mövzu azad media üçün də araşdırılmalı mövzudur. Təbii, AZAD... Əli Həsənovun mediasının mövqeyi may ayının 20-dən etibarən bəllidir.

Redaksiyadan: Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti