Avropa Liqasının oyunları Almaniyada olacaq - RƏSMİ

17-06-2020, 17:42
Oxunub: 1220
2021-ci il Avropa Liqasının finalı Polşanın Qdansk şəhərində baş tutacaq.


UEFA Avropa Liqasının pley-off qarşılaşmalarının keçiriləcəyi ölkə təsdiqlənib. 

UEFA İcraiyyə Komitəsi "8-lər finalı"nın Almaniyanın Köln, Düsseldorf, Duysburq və Gelzenkirxen şəhərlərində keçiriləcəyini bildirib. 
 
Qalib 1 oyunla müəyyənləşəcək və matçlar Bakı vaxtı ilə 20:55 və 23:00-da başlayacaq.

2021-ci il Avropa Liqasının finalı Polşanın Qdansk şəhərində baş tutacaq.

Qeyd edək ki, Avropa Liqasında 1/8 final mərhələsinin "Xetafe" (İspaniya) - "İnter" (İtaliya) və "Roma" (İtaliya) - "Sevilya" (İspaniya) qarşılaşmaları da 1 oyundan ibarət olacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti