Gürcüstanda Azərbaycan ceyranlarının altıncı nəsli dünyaya gəlib

17-06-2020, 17:50
Oxunub: 1091
Bu barədə Gürcüstanın Mühafizə olunan Ərazilər üzrə Agentliyindən bildirilib.


Gürcüstanın Vaşlovani Milli Parkında Azərbaycan ceyranlarının altıncı nəsli dünyaya gəlib.

Bu barədə Gürcüstanın Mühafizə olunan Ərazilər üzrə Agentliyindən bildirilib.

Qeyd olunub ki, hər yeni nəsil Gürcüstanda ceyranların populyasiyasının bərpası istiqamətində irəliyə atılan addımdır.

Agentlik ceyran balalarının fotoşəkillərini yayıb. Bildirilib ki, Gürcüstanda bu nadir heyvan növü ötən əsrin 60-cı illərində məhv olub: “2013-cü ildən etibarən Vaşlovani parkında Gürcüstan hökuməti və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) təşəbbüsü, Almaniya hökumətinin maliyyə dəstəyi və Azərbaycan hökumətinin fəal iştirakı ilə ceyran populyasiyasının bərpası üzrə layihə həyata keçirilir”.

Qeyd edək ki, layihə çərçivəsində Azərbaycandan Gürcüstana 70-dən çox ceyran köçürülərək vəhşi təbiətə buraxılıb. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti