Səhiyyə Nazirliyi: Həkimlərin əksəriyyəti özlərini qəhrəman saymır

17-06-2020, 18:20
Oxunub: 1246
Bu fikirləri Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov "Real TV"yə müsahibəsində deyib.


“Koronavirus pandemiyası dünyada, eləcə də Azərbaycanda həkimlərə böyük ehtiyacın olduğunu bir daha təsdiqlədi. Qısa zamanda şahidi olduq ki, ölkədə tibb işçilərinin işi nə qədər vacibdir”.

Bu fikirləri Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov "Real TV"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkədə həkimlərin və tibb işçilərinin virusla necə mübarizə aparması, ailələrindən uzun müddət təcrid olunması göz qabağındadır, eyni zamanda xəstəliyə yoluxan və vəfat edənlərin sayı hamıya məlumdur: “Şübhəsiz ki, bütün baş verənlər həkimlərə və tibb bacılarına qarşı hörməti daha da artırır. Hər kəs onların əməyini yüksək qiymətləndirir. Lakin həkim və tibb bacılarının əksəriyyəti özlərini qəhrəman hesab etmirlər. Çünki onların işi fədakarlıq tələb edir və ancaq xəstələrə şəfa vermək barədə düşünürlər”.  (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti