Aİ münaqişə tərəfləri arasında görüşlərin bərpasına ümid edir

17-06-2020, 19:11
Oxunub: 1347
Bu barədə “Şərq Tərəfdaşlığı” sammiti ilə bağlı Brüsseldə keçirilən mətbuat konfransında bildirilib.


“Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrdəki münaqişələr Avropa İttifaqını narahat edir”.

Bu barədə “Şərq Tərəfdaşlığı” sammiti ilə bağlı Brüsseldə keçirilən mətbuat konfransında bildirilib.

 
Qeyd olunub ki, Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar tərəflərlə əlaqə saxlayır, lakin COVID-19 pandemiyası dövründə fiziki görüşlər üçün imkan olmadığına görə iş aparmaq çətindir.

Mətbuat konfransında bildirilib ki, T.Klaar münaqişələrin gərginləşməyəcəyinə ümid edir: “Son üç ay ərzində Avropa İttifaqı bəzi gərginliklərin qarşısını ala bilsə də, ciddi problemlər qalmaqdadır. Ümid edirik ki, müxtəlif formatlarda fiziki görüşlər bərpa olunacaq. Hazırkı mərhələdə yeni ideyalar yoxdur, lakin onlar mütləq olacaq”. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti