Müdafiə Nazirliyi: Tərtərdə partlayış olub

17-06-2020, 19:52
Oxunub: 2093
Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.


Sosial şəbəkələrdə və bəzi saytlarda guya ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən  cavab olaraq bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir. Belə ki, müəyyən olunub ki, həmin ərazidə partlayış baş verib. Buna səbəb isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub.
 
Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti