ÜST: Yeni aşkarlanan virus epidemiyaya çevrilə bilər

16-06-2020, 19:30
Oxunub: 1106
Məlumata görə, Hindistanda virusdan artıq 18 nəfər ölüb.


Hindistanın cənubunda insanlar arasında yeni virus yayılmağa başlayıb.

“Report” İspaniyanın “Marca” nəşrinə istinadən xəbər verir ki, nipah adlanan bu virus beynin zədələnməsi və respirator xəstəliklərə yol açır.

 
Bu xəstəliyə düçar olanlar xüsusilə əzələ zəifliyi, boğazağrısı, hərarətdən şikayətlənirlər. Daha sonra isə bütün bu əlamətlər mərkəzi sinir sisteminin zədələnməsinə yol açaraq insanı komaya salır. İnfeksiya simptomsuz da inkişaf edə bilər. 

Məlumata görə, Hindistanda virusdan artıq 18 nəfər ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssislərinin fikrincə, nipah virusunun dünyada epidemiya kimi yayılması təhlükəsi var. 

Bildirilib ki, koronavirusda olduğu kimi bu virusun daşıyıcıları da əsasən yarasalardır.

Qeyd edək ki, ilk nipah alovlanması 1999-cu ildə Malayziyada qeydə alınıb. Virusun adı ilk qeydə alındığı Kampunq-Sunqay-Nipah kəndinin adından götürülüb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti