Dünyada koronavirusa yoluxanların sayı 8 milyonu ötdü

15-06-2020, 15:08
Oxunub: 1135
İndiyədək 8 006 634 nəfərə COVID-19 diaqnozu qoyulub.


Dünyada koronavirusa yoluxan 4 133 880 nəfər sağalıb, 435 840 nəfər isə virusdan ölüb.

İndiyədək 8 006 634 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (2 162 228), Braziliya (867 882) və Rusiyada (537 210) qeydə alınıb.

Qeyd edək ki, iyunun 14-nə olan məlumata görə, Azərbaycanda indiyədək 9 957 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 5 583 nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 119 nəfərdir.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 178 239 nəfər yoluxub. Onlardan 4 807 nəfər ölüb, 151 417 nəfər sağalıb. İranda isə 187 427 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 8 837 nəfər pandemiyanın qurbanı olub, 148 674 nəfər sağalıb. Qonşu ölkə Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 879-a çatıb. Onların 704-ü artıq sağalıb, 14-ü isə vəfat edib.

Ermənistanda indiyədək 17 064 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 285 nəfər ölüb, 6 276 nəfər sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti