Tərtərdə İcra Hakimiyyəti binasının tikintisində bədbəxt hadisə

28-05-2020, 19:37
Oxunub: 857
İşçiləri xilas etmək üçün pəncərəni sındırmağa çalışıblar, ancaq bu, heç cür mümkün olmayıb


Tərtər rayonunda İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisində bədbəxt hadisə baş verib.

Tərtər rayon sakinlərinin Etatist.com-a verdiyi məlumata görə Tərtər Rayon İcra Hakimiyyətinin yeni tikilən inzibati binasının tikintisi zamanı Qərvənd və Sarov kəndindən olan iki işçi yuxarı mərtəbələrin birində işləyərkən onları saxlayan kran qırılıb. İşçilər əvvəlcədən təhlükəsizlik tədbirləri gördükləri üçün xoşbəxtlikdən xəsarət almayıblar. Amma Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə qrupu onları xilas edənə qədər bir müddət göydən asılı vəziyyətdə qalıblar.

Rayon sakinlərinin dediyinə görə onları xilas etmək üçün əvvəlcə FHN-nin Tərtər rayon şöbəsinin əməkdaşları işçiləri xilas etmək üçün İcra Hakimiyyətinin yeni tikilən inzibati binasına gəlsə də, işçiləri xilas etmək mümkün olmayıb. Belə ki, onlar işçiləri xilas etmək üçün pəncərəni sındırmağa çalışıblar, ancaq bu, heç cür mümkün olmayıb, pəncərə sınmayıb. Daha sonra FHN-nin Qarabağ Regional Mərkəzinə məlumat verilib və Xüsusi Riskli Xilasetmə Qrupu yeni inzibati binanın damına çıxaraq kəndirlə işçiləri xilas edə bilib. Xoşbəxtlikdən xəsarət alan olmasa da, işçilər böyük panika yaşayıb.

Bundan başqa sakinlərin saytımıza verdiyi digər bir məlumata görə Tərtər Rayonu İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisi üçün evləri sökülən sakinlərdən bəziləri hələ də pulunu ala bilməyib.

Qeyd edək ki, İcra Hakimiyyətinin yeni binasının tikintisinə 6,5 milyon manat ayrılıb və tikinti üçün 2018-ci ildə “STAR CONSTRUKTİON-12” QSC ilə müqavilə imzalanıb.

Onu da əlavə edək ki, baş verən hadisə ilə bağlı Tərtər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı. Məsələni diqqətdə saxlayacağıq və qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti