Tərtər rayon icra başçısının unikal "Vikipediya"sı - VİDEO

25-05-2020, 23:59
Oxunub: 619
"Bu, M.Məmmədovun öz haqqındakı fikirləridir"


Azərbaycanda İcra Hakimiyyəti başçılarının maraqlı addımları ilə tez-tez qarşılaşırıq. Amma Tərtər Rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun addımı bu siyahının əvvəllərində gələ bilər.

Belə ki, M.Məmmədov "Vikipediya" səhifəsində bioqrafiyasını oxuyanda belə bir cümlə ilə qarşılaşdıq: "Xalqın sevimlisi". Bu faktı Etatist.com internet qəzetinin təsisçisi Şəhriyar Məcidzadə (Sərdar Həmidovun oğlu) "Facebook" səhifəsində canlı yayım zamanı deyib:

"Dünyanın heç bir dövlət məmurunun "Vikipediya" səhifəsində "xalqın sevimlisidir" cümləsi yoxdur. Nə Teodor Ruzveltin, Nə Uinston Çörçilin, nə Benjamin Franklinin, nə Heydər Əliyevin "Vikipediya" səhifəsində bu qədər təkəbbür, ambisiya, özündənmüştəbehlik anlayışı var. Bu adamların hamısı dövlət qurublar, dövlət quruculuğu işində iştirak ediblər. Heç birinin "Vikipediya"sında "xalqın sevimlisidir" ifadəsi yoxdur. Bu, yalnız Müstəqim Məmmədova xas olan xüsusiyyətdir. Bu, M.Məmmədovun öz haqqındakı fikirləridir".

Qeyd edək ki, "Wikipedia" onlayn dünya ensiklopediyasıdır. Yarandığı dövrdən "Vikipediya"dakı istifadəçi və məqalə sayı davamlı artır. İnternetdə "Viki texnologiyası" ilə işləyən ən nəhəng layihə "Vikipediya"dır.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Sözügedən "Vikipediya" səhifəsinin videosunu təqdim edirik.
Etatist.com

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti