Avropada turizm mövsümü yayda açılacaq

21-05-2020, 12:51
Oxunub: 74
Bunu daxili bazar məsələləri üzrə Avrokomissar Tyerri Breton deyib.


Yay aylarında Avropada turizm mövsümü açılacaq, amma bunun bütün Avropanı əhatə edib-etməyəcəyi hələlik məlum deyil.

Bunu daxili bazar məsələləri üzrə Avrokomissar Tyerri Breton deyib.

O bildirib ki, Avropa İttifaqı ölkələri daxilində turizmin bərpa olunacağı dəqiqdir:

 
“Avropada bu yay turizm mövsümü olacaq. Bu, ölkə daxilində olacaqmı? Dəqiq olacaq. Ümum-Avropa turizmi olacaqmı? Buna ümid edirik”.

Bir müddət əvvəl T.Breton bildirib ki, koronavirus pandemiyasının sərhədləri ölkələrin sərhədləri ilə üst-üstə düşmür, ona görə də Aİ-nin bəzi zonaları turistlərə açılsa da, digər bölgələr bağlı qalacaq. (Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti