Yaponiyada fövqəladə vəziyyət vaxtından əvvəl ləğv edilə bilər

21-05-2020, 14:10
Oxunub: 95
Bunu ölkənin baş naziri Sindzo Abe deyib.


Yaponiya ərazisində fövqəladə vəziyyət mayın 25-də tamamilə ləğv edilə bilər.

Bunu ölkənin baş naziri Sindzo Abe deyib.

O bildirib ki, həmin gün ekspert komissiyasının növbəti iclası nəzərdə tutulub. Nazirin sözlərinə görə, aparılan dəyərləndirmələr nəticəsində fövqəladə vəziyyətin ləğvi istisna olunmur.

 
Bir müddət əvvəl S.Abe ölkənin qərbindəki üç prefektura – Kioto, Osaka və Höqoda fövqəladə vəziyyətin vaxtından əvvəl başa çatdığını elan edib.

Qeyd edək ki, Yaponiyada koronavirus pandemiyası ilə əlaqədar mayın 31-dək fövqəladə vəziyyət elan edilib. (Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti