“Titanik”in radioötürücüsü okeanın dibindən çıxarılacaq

21-05-2020, 15:48
Oxunub: 203
Mütəxəssislər bildirir ki, işlər tezliklə başlamasa, qurğu tamamilə sıradan çıxa bilər.


ABŞ-da məhkəmə “Titanik” gəmisindən radioötürücünün çıxarılması üçün əməliyyatın aparılmasına icazə verib.

Gəminin korpusunda işlərin 2020-ci ilin yayında başlaması planlaşdırılır.

Qeyd olunur ki, Markoni radioötürücüsü həm tarixi, həm elmi-tədris, həm də mədəni dəyərə malikdir.
 
Mütəxəssislər bildirir ki, işlər tezliklə başlamasa, qurğu tamamilə sıradan çıxa bilər.

Qeyd edək ki, Böyük Britaniyadan ABŞ-a yola düşmüş “Titanik” gəmisi 1912-ci ilin aprelində aysberqlə toqquşaraq qəzaya uğramışdı. Hadisə nəticəsində 1 500 nəfər həlak olmuşdu. (Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti