"Amfan" qasırğası nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb

21-05-2020, 17:10
Oxunub: 59
Qasırğa hazırda Butan istiqamətində hərəkət edir. Onun gücünün azalmağa doğru getdiyi deyilir.


Hindistan və Banqladeşdə davam edən “Amfan” qasırğası nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb.

Qasırğa hazırda Butan istiqamətində hərəkət edir. Onun gücünün azalmağa doğru getdiyi deyilir.

Qasırğa Hindistanın Kəlküttə şəhərində böyük fəsadlara səbəb olub. 14 milyon sakin işıqsız qalıb, küçələri su basıb və çoxlu sayda ağac qırılıb.


“Amfan” qasırğası Benqal körfəzində 1999-cu ildə Orissa sahillərində 9 mindən çox insanın həyatına son qoyan qasırğadan sonra dağıdıcı gücünə görə ikinci qasırğadır. (trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti