Yaponiyada "Konotori - 9" kosmik gəmisinin buraxılışı uğurla həyata keçirilib

21-05-2020, 08:10
Oxunub: 118
Bu barədə Yaponiyanın aerokosmik tədqiqatlar agentliyi xəbər yayıb.


Yaponiyanın "Konotori-9" (Leylək) pilotsuz kosmik gəmisinin buraxılışı uğurla həyata keçirilib və 25 mayda Beynəlxalq kosmik stansiyası (BKS) ilə birləşməsi gözlənilir.

Bu barədə Yaponiyanın aerokosmik tədqiqatlar agentliyi xəbər yayıb.

Kosmik gəminin buraxılışı prosesi agentliyin bir çox işçisinin pandemiya səbəbiylə məsafədən işləmə və aralarındakı əlaqənin video konfrans vasitəsilə həyata keçirildiyi vəziyyətdə baş verib. Start meydançası buraxılışdan əvvəl koronavirusla mübarizə aparan tibb işçilərinə dəstək olaraq mavi rənglə işıqlandırılıb.

Cihaz 280 km yüksəklikdə raket-daşıyıcısından ayrılıb və müəyyən istiqamət boyunca irəliləməyə davam edib. Kosmik Gəmi mayın 25-də yapon vaxtı ilə axşam saatlarında Beynəlxalq kosmik stansiyasına yaxınlaşacaq, bundan sonra birləşdirmə üçün robot manipulyatoru tərəfindən saxlanılacaq. Adətən bütün proses bir neçə saat çəkir. "Konotori-9" BKS-ın heyətinə 6 ton ərzaq, avadanlıq və digər yüklər çatdıracaq. BKS-a yük çatdırıldıqdan sonra "Konotori-9" oradan tullantıları toplayacaq və Yer kürəsinə qayıdarkən atmosferdə yanacaq.

 
"Konotori" kosmik gəmisinin ilk buraxılışı 2009-cu ildə həyata keçirilib. Cihazın uzunluğu 10, diametri isə 4,4 metrdir.

Qeyd edilir ki, bu "Konotori"nin hazırkı versiyasının son buraxılışıdır. 2021-ci ildən başlayaraq Yaponiya kosmik yük gəmisinin təkmilləşdirilmiş daha böyük tutumlu versiyasından istifadə edəcək. (trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti