Gürcüstan hökuməti parlamentdə hesabat verəcək

21-05-2020, 11:49
Oxunub: 84
Bu barədə ölkənin baş nazir Giorgi Qaxaria bildirib.


“Gürcüstan hökuməti fövqəladə vəziyyət rejimi çərçivəsində ölkədə həyata keçirilən bütün tədbirlər barədə parlamentdə hesabat verməyə hazırdır”.

Bu barədə ölkənin baş nazir Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, bununla bağlı artıq parlamentin sədrinə məktub göndərilib:

“Hökumət yaxın günlərdə parlamentdə bütün suallara cavab verməyə hazırdır. Prosesə cəlb olunan hər bir kəs qanunverici orqana gedəcək və bütün məsələlərə aydınlıq gətirəcək”.

Parlament sədri Arçil Talakvadze bildirib ki, baş nazir mayın 27-də deputatlar qarşısında hesabat verəcək.

Qeyd edək ki, baş naziri parlamentə müxalifət çağırıb. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti