Dünyada pandemiya qurbanlarının sayı 330 mini ötdü

21-05-2020, 15:40
Oxunub: 108
Dünyada indiyədək qeydə alınan yoluxma hallarının sayı isə 5 105 000-i ötüb.


Dünyada koronavirusdan ölənlərin sayı 330 003 nəfərə çatıb.

Virusdan ən çox ölüm faktı ABŞ (93 439), Böyük Britaniya (35704) və İtaliyada (32 330) qeydə alınıb.

Dünyada indiyədək qeydə alınan yoluxma hallarının sayı isə 5 105 000-i ötüb.

Son 13 gündə dünyada pandemiya qurbanlarının sayı 60 mindən çox olub.

Bundan başqa, indiyədək COVID-19-dan sağalanların sayı 2 035 000-i keçib.

Qeyd edək ki, Azərbaycandakoronavirusdan ölənlərin sayı 43 nəfərdir. Ölkəmizdə indiyədək 3 631 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 2 253 nəfər sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti