Azərbaycanda pandemiya dövründə qeydə alınan zəlzələlərin sayı açıqlandı

21-05-2020, 15:35
Oxunub: 121


"Pandemiya dövründə seysmik stansiyalar vasitəsi ilə 1 751 yeraltı təkan qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə 1195 zəlzələ baş verib. Azərbaycan və ona bitişik ərazilərdə maqnitudası ml≥3 10 zəlzələ qeydə alnıb və həmin zəlzələlərin 4-ü hiss olunan olub". 

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli pandemiya dövründə mərkəzdə aparılan tədqiqat işləri haqqında açıqlamasında belə deyib. 

"Pandemiya dövrü ərzində Böyük Qafqazın cənub-şərq hissəsində (Oğuz-Qəbələ, Şamaxı, Siyəzən, Quba ərazilərində) seysmik aktivliyin artımı qeydə alınıb. Talış dağlıq zonasında, Samux ərazisində aktivlik fon səviyyəsindən yüksək olub. Xəzər akvatoriyasında seysmiklik fon səviyyəsində olub. İran-Türkiyə sərhəddində baş vermiş güclü təkandan sonra afterşoklar davam edir. Seysmikliyin fon səviyyəsindən yüksək olması müşahidə olunur”, - deyə Q.Yetirmişli vurğulayıb.

Baş direktorun sözlərinə görə, hazırda mərkəzin 40 seysmik stansiyalar şəbəkəsi vasitəsilə yerli, yaxın, uzaq zəlzələlər, vulkanlar, sürüşmələr, partlayışlar emal edilir: "Emal olunan məlumatlar əsasında ayrı-ayrılıqda kataloqlar tərtib olunur. Bu kataloqlarda zəlzələ ocaqlarının parametrləri (Tₒ , φ, λ, h və ml) göstərilir. Eləcə də, emal olunan məlumatlar məlumat bazasına toplanır və arxivləşdirilir. Kataloq əsasında Azərbaycan və ona bitişik ərazilərdə seysmikliyin analizi aparılır. Həmçinin büro tərəfindən maqnitudası ml≥3.0 olan zəlzələlər aidiyyatı olan orqanlara göndərilir. Maqnitudası 3 və 3 -dən yuxarı olan zəlzələlər haqqında məlumatlar, həmçinin Azərbaycana bitişik ərazilərdə baş verən və bizim sərhədyanı bölgələrdə hiss olunan zəlzələlər haqqında məlumatlar mütəmadi olaraq mərkəzin www.seismology.az saytında yerləşdirilir. Maqnitudası ml≥2.0 olan zəlzələlər bülleten formatında Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi saytına göndərilir". 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti