"Apple" yeni əməliyyat sistemini təqdim edib

21-05-2020, 15:33
Oxunub: 92
Artıq yüklənməyə açıq olan yeni sistem telefon işlətməkdə koronavirus pandemiyası ilə bağlı bəzi rahatlıqlar gətirir.


"Apple" şirkəti iOS əməliyyat sisteminin iOS 13.5 yeni versiyasını təqdim edib.

Artıq yüklənməyə açıq olan yeni sistem telefon işlətməkdə koronavirus pandemiyası ilə bağlı bəzi rahatlıqlar gətirir. Belə ki, yeni versiya şirkətin “Google” ilə müştərək məhsulu olub iOS qurğularının Anrdroid əməliyat sistemilə uzlaşdırantexnologiyanı dəstəkləyir və koronavirusa yoluxan istifadəçilərin təmaslarını izləmək imkanı yaradır. Həm də bu texnologiya ilə yoluxanların və tanışlarının şəxsi həyat toxunulmazlığı prinsipini pozulmayacağı bildirilir.

Eyni zamanda, sözügedən texnologiya ilə işləyəcək xüsusi proqramlar ayrıca yüklənməlidir. “Apple”in fikrincə, bu cür proqramlar səhiyyə nazirlikləri tərəfindən yaradılmalıdır.

Həmçinin iOS 13.5-də Facetime videoçatı təkmilləşdirilib, istifadəçinin tibbi maska taxdığını ayır edən funksiya tətbiq edilib. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti