Milli Şurada növbəti istefa

21-05-2020, 14:20
Oxunub: 182
N.Səfərov istefasının səbəbini Milli Şuranın videokonfranslarının internetdə yayılan videolarla bağlı olduğunu bildirib:


Hüquqşünas Namizəd Səfərov Milli Şuradan istefa verib.

N.Səfərov istefasının səbəbini Milli Şuranın videokonfranslarının internetdə yayılan videolarla bağlı olduğunu bildirib:

“Milli Şuranın nüfuzuna başqaları tərəfindən deyil, özümüz tərəfindən xələl yetirilib. Bir daha qeyd edim ki, baş verənlərlə bağlı dərin təəssüf hissi keçirirəm. Buna görə, həm özüm, həm də bəzi dostlarım tərəfindən siyasi opponentlərimizin ünvanına işlədilmiş yolverilməz ifadələrə görə hamıdan üzr istəmək məcburiyyətində qalıram”.

O qeyd edib ki, bütün bunları nəzərə alaraq, yaranmış vəziyyətdə fəaliyyətinin Milli Şura tərkibində davam etdirilməsini qeyri-mümkün hesab edərək, Milli Şura tərkbindən istefa verir.

Qeyd edək ki, nalayiq ifadələrin də yer aldığı sözgedən videonun yayılmasından sonra Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev və Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuradan istefa verib. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti