Energetika nazirinin müavini dəyişib

21-05-2020, 14:39
Oxunub: 462
Bu barədə məlumatı Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva təsdiqləyib.


Azərbaycanın Energetika nazirinə yeni müavin təyin edilib.

Bu barədə məlumatı Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva təsdiqləyib.

O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 18 may tarixli sərəncamları ilə nazir müavini Gülməmməd Cavadov vəzifəsindən azad edilib, Kamal Abbasov Energetika nazirinin müavini təyin olunub.

Qeyd edək ki, Kamal Abbasov uzun müddət Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) işləyib. 2009-13-cü illərdə Qaz İxrac İdarəsinin rəisi, 2013-cü ildən isə İdarənin marketinq üzrə rəis müavini vəzifələrində çalışıb. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti