Marneulidə karantin rejimi ləğv olunur

14-05-2020, 15:33
Oxunub: 307
Bunu ölkənin Baş naziri Giorgi Qaxaria bildirib.


Gürcüstanın azərbaycanlılar yaşayan Marneuli rayonunda mayın 18-də karantin rejimi ləğv olunacaq.

Bunu ölkənin Baş naziri Giorgi Qaxaria bildirib.

O deyib ki, bu gündən Rustavi şəhəri və Qardabani rayonuna giriş-çıxış bərpa olunub: “Mayın 18-dən isə Marneuliyə giriş-çıxış qadağası götürüləcək və bu bölgənin sakinlərinin azad hərəkət imkanı olacaq”.

Qeyd edək ki, Marneuli martın 23-də karantin zonası elan olunmuşdu. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti