Gürcüstanın turist qəbul edəcəyi ilk ölkə açıqlandı

14-05-2020, 12:15
Oxunub: 363
Bunu ölkənin baş naziri Giorgi Qaxaria məlumat verib.


“Gürcüstanın “yaşıl dəhliz” təşkil ediləcəyi ilk ölkənin İsrail olacağı nəzərdə tutulub”.

Bunu ölkənin baş naziri Giorgi Qaxaria məlumat verib.

O deyib ki, təhlükəsiz dəhliz ölkələr arasında qarşılıqlı turist səfərlərinin həyata keçirilməsinə imkan verəcək.

Hökumət başçısı qeyd edib ki, bu istiqamətdə Çexiya, Polşa, Baltikyanı ölkələr, Avstriya və qonşu ölkələrlə də fəal danışıqlar aparılır: “Danışıqlar yaxın gələcəkdə məqbul nəticə ilə başa çatdırılacaq”.

Qeyd edək ki, Gürcüstan xarici turistləri iyulun 1-dən etibarən qəbul etməyə başlayacaq. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti