Azərbaycanda koronavirusa yoluxmanın artmasının səbəbləri açıqlandı

9-05-2020, 17:44
Oxunub: 401
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib


“Yoluxma saylarının artmasını təbii qəbul edirik. Biz sərt karantin rejimindən çıxışda bunu gözləyirdik”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

“Təəssüflər olsun ki, biz ictimai nəqliyyatda, iş yerlərində, bankların qarşısında və s. yerlərdə insanların sosial məsafəni gözləmədiyini və tibbi maska taxmadığını görürük. Bu da yoluxmaların artmasına gətirib çıxarır”, - deyə TƏBİB sədri deyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti