Elmar Məmmədyarov Tacikistanın Xarici İşlər naziri ilə telefonla danışıb

9-05-2020, 15:59
Oxunub: 104
XİN-dən verilən məlumata görə, nazirlər bir-birlərini müqəddəs Ramazan ayı münasibətilə təbrik etdilər


Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Tacikistanın Xarici İşlər naziri Sirociddin Muhriddin arasında telefon söhbəti baş tutub.

XİN-dən verilən məlumata görə, nazirlər bir-birlərini müqəddəs Ramazan ayı münasibətilə, eləcə də Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə təbrik etdilər.

Tərəflər hazırda mövcud olan beynəlxalq sağlamlıq böhranı ilə mübarizə çərçivəsində dövlətlər tərəfindən atılan addımlar və bu xüsusda əməkdaşlığın əhəmiyyəti barədə ümumi fikir mübadiləsi apardılar.

 
İki qardaş ölkə arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri, eləcə də nəqliyyat logistika sahəsi də daxil olmaqla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri Nazirlər tərəfindən geniş müzakirə edildi.

Tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələsinə toxundular və gələcəkdə bu əməkdaşlığın genişləndirilməsinə razılıq ifadə etdilər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti