Avrozonada ÜDM 2020-ci ildə 7,7% azalacaq

6-05-2020, 16:17
Oxunub: 118
Avropa İttifaqı tarixi ərzində ən dərin tənəzzülü yaşayır


Avropa Komissiyasının iqtisadi proqnozlarına görə, 2020-ci ildə Avrozonanın real ÜDM-i koronavirus pandemiyası səbəbindən 7,7% azalacaq.

Report “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının iqtisadiyyat üzrə komissarı Paolo Centiloni məlumat verib.

Onun sözlərinə görə, Avropa İttifaqı tarixi ərzində ən dərin tənəzzülü yaşayır.

ÜDM-in həcmində ən ciddi azalmanın Yunanıstan (9,7%), İtaliya (9,5%) və İspaniyada (9,4%) olacağı gözlənilir.

Eyni zamanda proqnozlara görə, 2021-ci ildə Avrozonanın iqtisadiyyatı 6,3% arta bilər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti