Koronavirusa qalib gələn ilk ölkə məlum oldu

6-05-2020, 23:39
Oxunub: 111
Ölkədə koronavirusa yoluxmuş xəstələrin 97%-i artıq sağalıb


İslandiya faktiki olaraq koronavirus pandemiyasını aradan qaldırıb.

Report RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli hökumət bildirib.

Ölkə rəsmiləri qeyd ediblər ki, ölkədə koronavirusa yoluxmuş xəstələrin 97%-i artıq sağalıb.

"İslandiyada 1 799 nəfərin COVID-19 testi müsbət olub, 1 750 nəfər isə yoluxmayıb. Təəssüf ki, xəstəlik on insanın həyatına son qoydu", - hökumətin bəyanatında deyilir.

İndi ölkədə koronavirus infeksiyasına 39 yoluxma var, xəstəxanalarda cəmi 3 pasiyent qalır, lakin onların vəziyyəti üçün narahatlığa əsas yoxdur.

İslandiya hakimiyyəti bazar ertəsi planlaşdırıldığı kimi, hələ martın 16-da tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərin ləğvinə başlayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 261 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti