Yaponiyada koronavirusa yoluxanların sayı 16 200-ə çatır

6-05-2020, 18:21
Oxunub: 114
Ölkədə COVID-19 qurbanlarının sayı isə 590-a yüksəlib


Yaponiyada son sutkada 105 nəfər koronavirusa yoluxub.

Report “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Yaponiya hökuməti yayıb.

Bununla da koronavirusa yoluxanların sayı 16 189-a çatıb. Ölkədə COVID-19 qurbanlarının sayı isə 590-a yüksəlib. 312 pasiyentin vəziyyəti ağırdır, 5 569 nəfər sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Yaponiyada koronavirusa görə fövqəladə vəziyyət rejiminin müddəti mayın 31-dək uzadılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 258 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti