Dünyada pandemiya qurbanlarının sayı 260 mini ötdü

6-05-2020, 20:37
Oxunub: 191
Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 3,7 milyonu ötüb


Dünyada koronavirus qurbanlarının sayı 261 097 nəfərə çatıb.

Report xəbər verir ki, dünyada koronavirusdan ən çox ölüm hadisəsi ABŞ (72 767), Böyük Britaniya (28 650), İtaliya (30 076), İspaniya (25 857) və Fransada (25 531) qeydə alınıb.

Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 3,7 milyonu ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti