"Bakı Fond Birjası"nın dövriyyəsi 40% azalıb

5-05-2020, 14:52
Oxunub: 123
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,3% azdır.


Bu ilin yanvar-aprel aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 3 003 milyon manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,3% azdır.

Ötən 4 ayda bağlanmış əqdlərin sayı isə 3,2% azalaraq 1 460 olub.

BFB-nin dövriyyəsinin 53,3%-i, yaxud 1 602 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 65,8% azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 8,4 dəfə artaraq 888 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 2,1 dəfə artaraq 514 milyon manat olub. (report(
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti