Millimizin üzvü koronavirus səbəbindən karantinə alındı

5-05-2020, 13:40
Oxunub: 126
"Ertsgebirge"nin üzvləri mayın 7-dək evlərində karantində olacaqlar.


Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" klubunun oyunçuları və əməkdaşları karantinə alınıblar.

II Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna analiz zamanı komanda üzvlərindən birində xəstəliyin simptomlarının aşkarlanması səbəb olub. Həmin şəxsin adı açıqlanmayıb.

"Ertsgebirge"nin üzvləri mayın 7-dək evlərində karantində olacaqlar.

Qeyd edək ki, 2014-cü ildən Azərbaycan millisinə dəvət alan Dmitri Nazarov "Ertsgebirge"nin formasını 2016-cı ildən geyinir. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti