İranda daha 74 nəfər koronavirusdan ölüb

4-05-2020, 14:39
Oxunub: 101
Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verilir.


İranda ötən 24 saat ərzində 74 nəfər koronavirusdan (COVID19) ölüb.

Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verilir.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, indiyədək İranda bu virusdan ölənlərin sayı 6 277 nəfərə yüksəlib.

Nazirlik rəsmisi bildirib ki, ötən sutka ərzində daha 1 223 nəfərin koronavirusa yoluxması ilə İranda infeksiyaya yoluxanların sayı 98 647 nəfərə çatıb. Virus daşıyıcılarından 2 676 nəfərin vəziyyəti ağırdır.
 
Cahanpur deyib ki, indiyədək İranda 79 397 nəfər koronavirusdan sağalıb.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 508 mindən çox test həyata keçirilib. (Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti