Gürcüstanda sərbəst hərəkət qadağası qismən qaldırılır

4-05-2020, 11:38
Oxunub: 65
"Tbilisi və Rustavi ilə bağlı müvafiq qərar isə qarşıdakı günlərdə veriləcək", - deyə G. Qaxaria bildirib.


Gürcüstanın Batumi və Kutaisi şəhərlərində koronavirus pandemiyası ilə əlaqədar sərbəst hərəkətə qoyulan məhdudiyyət mayın 5-dən götürüləcək. 

Bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria bildirib. O qeyd edib ki, Tbilisi və Rustavi şəhərlərində tətbiq edilən məhdudiyyətlər həftə sonunadək qüvvədə qalacaq.

"Tbilisi və Rustavi ilə bağlı müvafiq qərar isə qarşıdakı günlərdə veriləcək", - deyə G. Qaxaria bildirib.

Qeyd edək ki aprelin 14-dən Gürcüstanın Tbilisi, Kutaisi, Batumi və Rustavi şəhərlərində sərbəst hərəkət məhdudlaşdırılıb. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti