Yaponiyada fövqəladə vəziyyət mayın 31-dək uzadıldı

4-05-2020, 13:09
Oxunub: 85
Ölkədə hazırda qüvvədə olan fövqəladə vəziyyət mayın 6-da başa çatmalı idi.


Yaponiyada koronavirus pandemiyası ilə əlaqədar elan edilən fövqəladə vəziyyət rejimi mayın 31-dək uzadılıb.

Bunu ölkənin Baş naziri Sindzo Abe hökumətin iclası zamanı elan edib.

Ölkədə hazırda qüvvədə olan fövqəladə vəziyyət mayın 6-da başa çatmalı idi.

Xatırladaq ki, Yaponiyada aprelin 7-də bir ay müddətinə fövqəladə vəziyyət elan edilib.

Bu günədək Yaponiyada 14 800-dən çox koronavirusa yoluxma qeydə alınıb. Onlardan 487 nəfəri ölüb, 4 minə yaxın xəstə sağalıb. (trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti