Parlamentin Səhiyyə komitəsinin iclası keçirilib

4-05-2020, 12:53
Oxunub: 130
Komitənin sədri Əhliman Əmiraslanov iclası açaraq gündəlikdə olan məsələlərlə komitə üzvlərini tanış edib.


Bu gün Milli Məclisin Səhiyyə komitəsinin onlayn iclası keçirilib.

Komitənin sədri Əhliman Əmiraslanov iclası açaraq gündəlikdə olan məsələlərlə komitə üzvlərini tanış edib.

İclasda əvvəlcə “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə edilib.

Daha sonra isə “Hərbi qulluqçuların statusu haqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Gündəlikdəki məsələlərlə bağlı komitə üzvləri qanun layihələri ilə bağlı rəylərini bildiriblər. Onlayn iclasın sonunda müzakirə olunan sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti