Hesablama Palatasının zərəri 23% azalıb

4-05-2020, 10:32
Oxunub: 84
Bu, 2018-ci ilə nisbətən 22,8% azdır.


Hesablama Palatası 2019-cu ili 118 min manat zərərlə başa vurub.

Bu, 2018-ci ilə nisbətən 22,8% azdır.

Ötən il Hesablama Palatasının gəlirləri 5 629 min manat (illik müqayisədə 54,1% çox) təşkil edib ki, bunun da hamısı qeyri-birja əməliyyatları hesabına əldə edilib. Hesabat dövründə qurumun xərcləri isə 5 747 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 51% artım deməkdir. O cümlədən Hesablama Palatasının sərf etdiyi materialların dəyəri 16,1% artaraq 97 min manat, əmək haqqı və işçilərinə çəkdiyi digər xərclər 62,2% artaraq 4 954 min manat, amortizasiya xərcləri 9% artaraq 217 min manat, sair əməliyyat xərcləri isə 2,2% artaraq 479 min manat təşkil edib.

Bu il yanvarın 1-nə Hesablama Palatasının aktivləri 5 659 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,1% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 75,6% azalaraq 21 min manata, balans kapitalı (xalis aktivləri) isə 2,1% azalaraq 5 638 min manata düşüb. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti