Müntəzəm maşrut xətləri üzrə avtobusların sayı artırılıb

4-05-2020, 12:05
Oxunub: 91
Bu barədə qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) 11 regional ərazi bölməsinə şəhərdaxili avtobusların sayının artırılması ilə bağlı tapşırıqlar verib.

Bu barədə qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, bu gündən etibarən sərnişin axını müşahidə edilir: “Bakı, Abşeron, Sumqayıt istiqamətində hərəkət edən müntəzəm maşrut xətlərində avtobus sayı artırılıb. Hazırda Bakı-Sumqayıt istiqamətində sərnişin daşınmasında 33 avtobus fəaliyyət göstərir".

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə tətbiq edilən karantinin müddətini mayın 31-ə qədər uzadıb. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti